
Ermənistanın baş naziri Çexiyaya rəsmi səfərə gedib
Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə iki günlük rəsmi səfərlə Çexiyanın Praqa şəhərinə gedib.
Busaat.az xəbər verir ki, məlumatı “Armenpress” yayıb.
Praqanın Vatslav Havel hava limanında Ermənistanın baş nazirini Çexiyanın Ermənistandakı səfiri Petr Pirunçik qarşılayıb.
Səfər çərçivəsində Ermənistanın baş nazirinin Çexiyanın baş naziri Petr Fiala ilə görüşü olacaq. Daha sonra Baş nazirin Çexiya Prezidenti Petr Pavel, Parlamentin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova və Senatın sədri Miloş Vıstrsil ilə görüşləri nəzərdə tutulub.
Baş nazir Paşinyan həmçinin Praqa Transatlantik Əlaqələr Mərkəzinə baş çəkəcək.
Busaat.az























