Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.61 $▲0.95%
  • WTI neft84.81 $▼0.24%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.162 $▲2.43%
  • Qızıl3 786 $▼2.35%
  • Gümüş45.81 $▼3.54%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.75 ¢▲1.04%
  • Bitcoin64 354 $▼0.80%
  • Ethereum1 802 $▼1.12%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Ermənistanın Baş Qərargah rəisinə qarşı ittiham irəli sürüldü

image-1047869
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyana qarşı ittiham irəli sürülüb.

Busaat.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, Artak Davtyan ölkənin keçmiş müdafiə naziri David Tonoyan kimi yararsız aviasiya raketlərinin alınmasında ittiham olunur. Bununla belə, Davtyan barədə həbs qətimkan tədbiri hələ seçilməyib.

Qəzet yazır ki, ittiham Azərbaycan tərəfindən Qafan kəndi yaxınlığındakı yollarda gömrük məntəqələrinin quraşdırılması ilə paralel olaraq irəli sürülüb.

“Beləliklə, ölkə rəhbərliyi Davtyana qarşı ittiham irəli sürərək onu susmağa vadar etməyə və Azərbaycanla əldə edilmiş razılaşmalar ilə bağlı tapşırıqları sakitcə yerinə yetirməyə məcbur etmək istəyir”, – deyə məlumatda qeyd olunub.

Nəşr bildirir ki, müdafiə naziri Arşak Karapetyanın da istefaya göndərilməsi Zəngəzurdakı vəziyyətlə bağlıdır. Qəzet iddia edir ki, guya Karapetyan rəhbərliyin azərbaycanlıların Ermənistan ərazisində maneəsiz hərəkətinə icazə vermək barədə əmrini yerinə yetirməyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=63239