Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 662 $▲0.86%
  • Ethereum1 813 $▲2.53%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ermənistanın İstanbul konvensiyasını ratifikasiya etməyin vaxtıdır - Aİ səfiri

image-1661170106_41800567_0_0_1601_901_1920x0_80_0_0_16271b87c37c2c6768041ed915e9ef2a_jpg
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın qadınlara qarşı zorakılıqla mübarizə üçün hüquqi baza təklif edən İstanbul Konvensiyasını ratifikasiya etməsinin vaxtı çoxdan çatıb.

Busaat.az xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorin Ermənistanda qadınlara zorakılığa qarşı koalisiyanın təşkil etdiyi konfransda bildirib.

Tədbir Avropa İttifaqının maliyyə dəstəyi ilə “Qadın hüquq müdafiəçiləri Ermənistanda gender əsaslı zorakılığa qarşı addımlar atırlar” layihəsi çərçivəsində keçirilir.

“Ermənistanın mübarizə aparmaq üçün mühit və hüquqi baza təklif edən İstanbul Konvensiyasını ratifikasiya etməsinin vaxtıdır. Bu siyasətin yanlış olduğunu deyən insanlara qarşı bir yerdə olmalıyıq. Ayrı-seçkiliyə qarşı aydın hüquqi baza lazımdır” – deyə səfir bildirib.

Səfirin fikrincə, ailə hər kəsin özünü təhlükəsiz hiss etməli olduğu yerdir, zorakılıq isə, susqunluq olan yerdə başlayır.

“Gənclərə ünsiyyət qurmağı, bir-birinə hörmət etməyi öyrətmək, kişi ilə qadın arasında heç bir fərq olmadığını söyləmək lazımdır” – deyə, o, əlavə edib.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=92261