Ermənistanın revanşist ritorikası dəyişir: “beynəlxalq mexanizmlər tətbiq edilməlidir”

image-bayramov-blinken-mirzoyan1backend

 “İrəvan Bakı ilə münasibətlərin normallaşdırılmasına hazırdır”.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramov və ABŞ dövlət katibi Antoni Blinkenlə keçirdiyi üçtərəfli görüş barədə danışarkən bildirib.

“Nazir Mirzoyan Ermənistan tərəfinin münasibətlərin hərtərəfli normallaşdırılması prosesində iştirak etməyə hazır olduğunu bir daha bəyan edib”, – deyə Ermənistan XİN-dən bildirilib.

Ermənistan XİN-in məlumatına görə, Mirzoyan Azərbaycan silahlı qüvvələrini Ermənistan Respublikasının suveren ərazilərini tərk etməyə çağırıb və bölgədə güc tətbiqini qəbuledilməz adlandırıb: “Güc istifadə etməklə məcburetmə əməliyyatları yolverilməz addımdır və gərginliyin qarşısını almaq üçün beynəlxalq mexanizmlər tətbiq edilməlidir”.

Qeyd edək ki, Antoni Blinken, Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüş sentyabrın 19-da Nyu-Yorkda baş tutub.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki