
“Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” - Abbas Bədəxşan Zohuri
İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri Ermənistanın təhlükəsizliyinin İranın təhlükəsizliyi olduğunu bir daha bəyan edib.
Busaat.az xəbər verir ki səfir bu sözləri Sünik vilayətinə səfəri zamanı keçirdiyi mətbuat brifinqində deyib.
Səfir bildirib ki, İran bütün qonşuları ilə bütün istiqamətlərdə əməkdaşlığın inkişafına yönəlmiş siyasət aparır. “Ermənistan bizim qonşumuz, dost ölkədir. Bizim Ermənistanla da siyasətimiz var. Xarici işlər naziri həmçinin bildirib ki, Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir. İranın mövqeyi isə həmişə belə olub ki, beynəlxalq qanunlara uyğun olaraq ölkələrin, o cümlədən Ermənistanın və hər kəsin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət edilməlidir”, – deyə İran səfiri bildirib.
O əlavə edib ki, Ermənistan və İran arasında bütün istiqamətlərdə əməkdaşlıq və əlaqələr inkişaf edir.
Busaat.az























