
Ermənistanın xarici işlər naziri BMT baş katibinə Azərbaycandan şikayət etdi
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 14-də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə görüşüb.
Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.
Məlumatda deyilir ki, Nazir Mirzoyan son regional hadisələr, xüsusilə də dekabrın 12-dən Azərbaycan tərəfindən Laçın yolunun “blokadaya alınması”, Dağlıq Qarabağın qaz təchizatında yaranan fasilələr və bunun nəticəsində yaranan ciddi humanitar problemlər barədə BMT rəhbərinə məlumat verib. Mövcud vəziyyətə beynəlxalq ictimaiyyətin reaksiya verməsinin zəruriliyi vurğulanıb.
Ararat Mirzoyan bildirib ki, Azərbaycan gücdən istifadə və ya güc tətbiq etməklə hədələmə, militarist ritorika və ermənifobiya və maksimalist yanaşma siyasətini davam etdirir, bununla da Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi pozur. Eyni zamanda XİN başçısı Ermənistanın regionda sabitlik və sülhün bərqərar edilməsinə sadiqliyini bir daha təsdiqləyib.
Busaat.az























