Məzmuna keç
  • Azeri Light99.88 $▲0.76%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 071 $▼1.69%
  • Ethereum1 900 $▼1.44%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Ermənistanın xarici ticarət dövriyyəsində aparıcı tərəfdaşı kimlərdir? - Rusiya İLK PİLLƏDƏ

image-dollar-2-1
Dollar
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

2022-ci ilin yanvar-noyabr aylarında Ermənistanın xarici ticarət dövriyyəsi 12,489 milyard dollar təşkil edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisini 5,047 milyard dollar və ya 67,83 faiz üstələyir.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Dövlət Statistika Komitəsi yayıb.

Mövcud statistikaya görə, Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşı olaraq qalır və iki ölkə arasında ticarət dövriyyəsi 4,43 milyard dollar təşkil edib. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 69,61% və ya 1,818 milyard ABŞ dolları nisbətində artım deməkdir.

Çin 1,571 milyard dollarla ikinci yerdədir. Çinlə ticarətin artım tempi 40,55% təşkil edir. Üçüncü yerdə 638,44 milyon dollar və ya 43,96% artımla İran qərarlaşıb. BƏƏ 40,55% artım və ya 533,94 milyon dollarla dördüncü yerdədir.

Almaniya 122,47% artım və ya 454,86 milyon dollarla beşinci yerdədir. Növbəti yerdə ABŞ – 392,45 milyon dollarla, İtaliya – 303,08 milyon dollarla, Gürcüstan – 270,08 milyon dollarla və İsveçrə – 267,78 milyon dollarla gəlir. İlk onluğu 239,70 milyon dollarlıq göstərici ilə Hollandiya tamamlayır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=96871