Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft91.74 $▼0.79%
  • WTI neft83.98 $▼0.90%
  • Avropa qazı (TTF)83.68 €▼2.11%
  • Təbii qaz (ABŞ)3.170 $▲0.25%
  • Qızıl3 775 $▼0.32%
  • Gümüş45.85 $▲0.09%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda604.50 ¢▼0.12%
  • Bitcoin64 708 $▼0.25%
  • Ethereum1 816 $▼0.38%
  • S&P 5007 341▼1.07%
12°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Ermənistanın yük maşınları Rusiya-Gürcüstan sərhədində qalıb - Video

image-masin
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ermənistanın yük maşınları 10 gündən çoxdur ki, Rusiya-Gürcüstan sərhədində qalıb.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı “News.am” yayıb.

Məlumata əsasən, Yuxarı Lars sərhəd-keçid məntəqəsinə gedən yolda təqribən 200 yük maşını dayanıb.

“Bizə keçməyə icazə vermirlər. Bunun bir izahı var – ermənilər üçün yol bağlıdır. Gözümüzün önündə Gürcüstan və Azərbaycan nömrəli maşınlar keçib gedir, bizə isə icazə vermirlər”, – deyə sürücülərdən biri Taron Markaryan deyib.

Qeyd olunur ki, sürücülərə yolun hələ bir həftə də bağlı olacağı bildirilib.

T. Markaryan deyib ki, Ermənistanın Gürcüstandakı səfiri hadisə yerinə gəlib: “O, bura bir neçə gün əvvəl gəldi, polislərlə söhbət etdi və getdi. Sürücülər Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin “qaynar xətt”inə zəng vurublar. Oradan isə onlara belə deyilib: “Maşınlarınızın sahiblərinə deyin, qoy bu problemi həll etsinlər. Düşünürük ki, dövlətimizin məmurlarının diqqətini cəlb etmək üçün yolu bağlayacağıq. Hanı bizim dövlətimiz?”

Bununla yanaşı, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sonna Arutyunyan qeyd edib ki, Rusiya tərəfi Larsda yolun genişləndirilməsi işlərinə başlayıb.

Onun sözlərinə görə, nazirlik problemdən xəbərdardır və xarab olan məhsul daşıyan yük maşınlarına prioritet verilməsi üçün səylərini davam etdirir.

S. Arutyunyan həmçinin bildirib ki, tikinti işləri 2023-cü ilə qədər davam edəcək.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=59181