
“Əş-Şəbab” terror təşkilatı generalın evini hədəf aldı
“Əş-Şəbab” terror təşkilatı Somalidə yüksək rütbəli generalın evinə hücum edib.
Busaat.az xəbər verir ki, yerli mənbələrin verdiyi məlumata görə, general Məhəmməd H. Qabareyin paytaxt Moqadişudakı evini terrorçula hədəfində alıb.
Terror təşkilatı üzvlərinin həyata keçirdiyi hücumların hələ də davam etdiyi, daha sonra partlayış səslərinin eşidildiyi bildirilib.
Təhlükəsizlik qüvvələri hadisə yerinə gəlsə də, hələlik rəsmi açıqlama verilməyib.
Busaat.az























