Əsas vəzifəmiz enerjidir – Zelenski

image-zelenskibackend

Rusiyanın hücumları nəticəsində zədələnmiş enerji infrastrukturlarının təmiri bu həftəki ən mühüm vəzifələrdən biridir.

Busaat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Zelenski gecə saatlarında Telegram hesabında paylaşdığı videomüraciətlə xalqa müraciət edib.

Noyabrın 23-də Rusiya qüvvələrinin Ukraynanın müxtəlif bölgələrində kritik enerji infrastrukturlarına raket hücumları nəticəsində 12 milyon abonentin işıqsız qaldığını bildirən Zelenski, təmir işləri nəticəsində 6 milyona yaxın abunəçiyə elektrik enerjisi təminatının bərpa olunduğunu açıqlayıb.

Ölkəsinin Kiyev, Odessa, Dnepr, Vinnitsa və Lvov vilayətlərində elektrik enerjisinin kəsilməsinin davam etdiyini qeyd edən Zelenski, problemlərin ən qısa zamanda həlli üçün səy göstərdiklərini vurğulayıb.

Elektrik, su, telefon və internet kimi problemlərə qarşı ölkə daxilində minlərlə “Yenilməzlik nöqtəsi” yaradıldığını xatırladan Zelenski Kiyev sakinlərinin sözügedən mərkəzlərin bəzilərinin fəaliyyətindən şikayətləndiyini bildirib.

Zelenski məmurlara xəbərdarlıq edib: “Bu axşamdan etibarən şəhərdə (Kiyev) 600 min abonentin işığı kəsilib. Kiyevlilərin çoxu 20, hətta 30 saatdan çox işıqsız qalıb. Bələdiyyədən keyfiyyətli iş gözləyirəm. Kiyevdə yenilməz nöqtələrə hörmətsizlik etdiyinə görə heç kim heç kəsi bağışlamayacaq, xahiş edirəm daha ciddi olun”.

Ukrayna prezidenti Zelenski çıxışında xalqı elektrik enerjisindən qənaətlə istifadə etməyə dəvət edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90