Əsəd Ərdoğanla görüşməkdən imtina edir

image-yandas-gazete-erdogan-ile-esad-gorusecek-1049941-5backend

Suriya prezidenti Bəşər Əsəd Türkiyə prezidenti Ərdoğanla görüşməkdən imtina edib.

Busaat.az xəbər verir ki, bu barədə Reuters-ə Suriyaya yaxın mənbələr məlumat verib.

“Niyə qələbəni Ərdoğana pulsuz təhvil verməliyik? Seçkilərə qədər heç bir yaxınlaşma olmayacaq” – deyə, Əsəd Ərdoğanla görüşdən imtina edib.

Keçən ay Misir prezidenti ilə görüşən Ərdoğan bir həftə sonra Suriya ilə bağlı açıqlama verib. Prezident Ərdoğan Suriya ilə hər şeyin həll oluna biləcəyini deyib və “Siyasətdə küskünlük ola bilməz” ifadəsini işlədib.

Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev də bu görüşdə vasitəçi olmaq istədiklərini vurğulayaraq bildirib: “Rusiya həmişə Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd arasında görüş təşkil etmək imkanını dəstəkləyir”.

Reuters-ə danışan Suriyaya yaxın 3 məmur Əsədin Putinin vasitəçiliyi ilə Ərdoğanla görüşmək təklifini rədd etdiyini bildirib.

Mənbələr qeyd edib ki, Suriya konkret bir nəticə görmədikcə belə bir görüşü faydasız görür və əsas istəkləri türk qoşunlarının bölgədən tamamilə çıxarılmasıdır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90