
Əsəd zəlzələnin nəticələrinin aradan qaldırılmasında köməyə görə Rusiyaya təşəkkür edib
Suriya prezidenti Bəşər Əsəd Ərəb ölkəsində baş vermiş son zəlzələlərin nəticələrinin aradan qaldırılmasında köməyə görə Rusiya hakimiyyətinə təşəkkür edib.
“Mən zəlzələlərin nəticələrinin aradan qaldırılmasında köməklik göstərən Rusiya Federasiyasının nazirlik və qurumlarına təşəkkür etmək istərdim. Onların iştirakı sayəsində biz qurbanların sayını və dəymiş ziyanın miqyasını əhəmiyyətli dərəcədə azalda bildik”, – Suriya lideri bildirib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanlar, ardınca minlərlə artçı təkanlar Türkiyənin 11 vilayətində, eləcə də xarici ölkələrdə hiss olunub və ən çox Suriya təsirlənib.























