“Əsgər maaşı ilə dolanmırsınız”- Tanınmış aktyordan həmkarlarına SƏRT İRAD

“Əsgər maaşı ilə dolanmırsınız”- Tanınmış aktyordan həmkarlarına SƏRT İRADbackend

“Çətin şərtlərdə çalışdığını deyib üsyan edən aktyorları anlamaqda çətinlik çəkirəm. Kimi kimə şikayət edirlər? Sektor problemləri minimum əməkhaqqı ilə yaşayanlarla deyil, sektorla müzakirə olunmalıdır. Əsgər maaşı ilə dolanmırsınız. Hər kəsin aldığı məbləği dördə vurub aylıq əməkhaqqını hesablaya bilən riyazi savadı var”.

Busaat.az xəbər verir ki, bu sözləri türkiyəli aktyor Murat Yıldırım sənət yolunda qarşılaşdığı çətinliklər barədə danışarkən deyib.

“Maqazin xəbərləri sayəsində populyar olmaq barədə heç vaxt düşünməmişəm. Ağlımı işimdə fərqlənmək üçün istifadə etdim. O dövrdə bunun çətinliklərini yaşadım, amma bu, mənim seçimim idi. Mübarizə əzmini bu yolda qazandım. Bu yolda səni daha uzun bir yol gözləyir. İndi bəzi yeni aktyorlar görürəm, 3-4 seriyadan sonra ulduz olmaq istəyirlər. Amma onların mübarizəsi daha çətin olacaq. Özünün tam olaraq kim olduğunu anlamaq üçün sərf etdiyi mübarizə…” , – Murat açıqlamasında bildirib.

Aktyor sonda həyat yoldaşı İmane Elbaniyə olan sevgisindən söz açıb:

“Dörd ilimiz tamam oldu, çox sürətlə keçdi. 4 min il keçsə də, İmaneyə yenə eyni hissləri keçirəcəyəcəm. Hər şeyi onunla etmək istəyirəm. O, sonsuzluğu birlikdə arzuladığım biridir. Mən onu onun da məni qoruduğu kimi hər şeydən qoruyuram. Onun məni sevdiyi kimi, özümdən daha çox sevirəm. Günlərlə, aylarla, hətta illərlə ondan bəhs edə bilərəm. O, hər şeyin ən yaxşısına, ən gözəlinə layiqdir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90