
Estoniya Rusiyadakı səfirini geri ÇAĞIRDI
Estoniya prezidenti Alar Karis Rusiyadakı səfiri Marqus Laidreni geri çağırıb.
Busaat.az xəbər verir ki, bu barədə Estoniya dövlət radio və televiziyası ERR məlumat yayıb.
Məlumata görə, prezident müvafiq sərəncamı fevralın 6-da imzalayıb.
Qeyd edək ki, Estoniya diplomatik nümayəndəliklərinin rəhbərləri rəsmi olaraq prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.
Bunda əvvəl Estoniya səfirinə fevralın 7-dək Rusiyanı tərk etmək əmri verilib. Estoniya isə Moskvadakı Səfirliyini bağlamaq niyyətində deyil.
Medianın adı açıqlanmayan mənbələrə istinadən verdiyi məlumata görə, Laidre çərşənbə axşamı səhər tezdən iqamətgahını tərk edib.
Busaat.az























