Estoniya Rusiyadan əzəli torpaqlarını geri istəyir

Estoniya Rusiyadan əzəli torpaqlarını geri istəyirbackend

Estoniya Rusiyadan əzəli torpaqlarını geri istəyir.

Busaat.az xəbər verir ki, bu barədə ölkənin parlament sədri Henn Polluaas danışıb.

O, 1920-ci ildə imzalanan “Tartus” müqaviləsinin hələ də qüvvədə olduğunu xatırladaraq Peskov və Sankt-Peterburq vilayətlərinə aid bəzi ərazilərin Estoniyaya geri verilməsini tələb edib.

Parlament sədrinin sözlərinə görə, bu müqavilə iki ölkə arasındakı sərhədləri müəyyənləşdirir və beynəlxalq çərçivədə hələ də qüvvədədir. O həmçinin qeyd edib ki, Rusiya ilə 2014-cü ildə sərhədlərin müəyyənləşdirilməsi mövzusunda imzalanan razılaşma parlament tərəfindən təsdiqlənməyəcək.

Qeyd edək ki, “Tartus” Sovet Sosialist Respublikaları İttifaqı ilə Estoniya arasında imzalanıb. Müqaviləyə əsasən, Peskov əyalətinin bir hissəsi və Sankt-Peterburqun bir sıra bölgələri Estoniyaya verilməli idi. 1944-cü ildə Estoniyanın işğalından sonra Rusiya bu bölgələri ilhaq etdi. 2005-ci ildə iki ölkə yeni sərhəd razılaşması imzaladı. Bu zaman Estoniya “Tartus”a yeni müddəa əlavə etdi. Moskva isə bunun qəbuledilməz olduğunu bildirərək 2014-cü ildə yeni müqavilə imzalanmasını təmin etdi. Lakin bu da iki ölkənin parlamentləri tərəfindən qəbul olunmadı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90