Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 088 $▼1.66%
  • Ethereum1 902 $▼1.33%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Estoniyanın Baş naziri ərinin Rusiyadakı biznesinə görə istefa verməyəcək

image-kaya-kallas
Kaya Kallas
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Estoniyanın Baş naziri Kaya Kallas ərinin Rusiyadakı biznesi ilə bağlı qalmaqal fonunda istefaya getməyə hazırlaşmır.

Busaat.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” ERR-ə istinadən xəbər verir.

“Mən istefa verməyi planlaşdırmıram. Baş nazir kimi Ukrayna və Estoniyanın azadlığının müdafiəsinə qalxmışam və duracağam. Əgər hər hansı şirkət sanksiyaları pozarsa, buna görə cəza olmalıdır. Bununla belə, onun fikrincə, Rusiya Federasiyasının ərazisində qadağan olunmayan müştərilərlə işləmək “mənəvi kompas” məsələsidir”, – hökumət başçısı bildirib.

Eyni zamanda K.Kallas əlavə edib ki, əri Arvo Hallikin pay sahibi olduğu “Stark Logistics” rusiyalı tərəfdaş üçün deyil, Rusiyada biznesi olan Estoniya şirkəti üçün daşıma həyata keçirib. O, qalmaqaldan əvvəl ərinin biznesinin təfərrüatlarını bilmədiyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl media Kaya Kallasın ərinə məxsus “Novaria Consult”a kredit verdiyinin məlum olduğunu yazıb. Öz növbəsində, bu şirkət “Stark Logistics” nəqliyyat şirkətində 24,8% paya sahibdir. Sonradan məlum olub ki, “Stark Logistics” Ukraynaya genişmiqyaslı işğala başlayandan sonra Rusiya ilə əməkdaşlığı davam etdirib.

Ukraynanı fəal şəkildə dəstəkləyən və Rusiya Federasiyasına qarşı sanksiyaların tərəfdarı olan Kallas “Stark Logistics”in Rusiyaya mal daşımağa davam etməsində əxlaqsızlıq olmadığını deyib.

Bundan sonra Estoniya Prezidenti bildirib ki, Kallas ərinin Rusiya ilə əməkdaşlıq faktını ictimaiyyətə izah etməlidir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=119336