
Etirazlar zamanı yandırılan Bordo bələdiyyəsinin təmiri üçün 3 milyon avro lazımdır
Fransada keçirilən etirazlarda girişi yandırılan Bordo Bələdiyyəsi binasının təmirinin ən azı 3 milyon avroya başa gələcəyi bildirilib.
Busaat.az bu barədə Le Figaro-ya istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, binanın təmiri üçün ən azı 3 milyon avro lazımdır.
Yanğın zamanı binanın tarixi qapısı yararsız hala düşsə də, təmir zamanı istifadə olunacaq materialdan asılı olaraq faktiki maya dəyərinin daha da artacağı bildirilir.
Binanın təmiri Bələdiyyə və Regional Mədəniyyət İşləri Müdirliyi (Drac) tərəfindən aparılacaq.
Qeyd edək ki, Fransada 1772-1778-ci illərdə inşa edilən tarixi bina 1835-ci ildə Bordo bələdiyyəsinə verilmişdir.
Busaat.az























