Evində sirkə içdi, öldü

image-sirke_turshusu-img1backend

“Regionun hərtərəfli inkişafına verdiyi əvəzsiz töhfələr, dünyada sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı irəli sürdüyü təşəbbüslər, ərsəyə gətirdiyi enerji layihələrinin əhəmiyyəti və effektiv nəticələri, həmçinin iqtisadi gücü və əlverişli coğrafi mövqeyi günü-gündən inkişaf edən ölkəmizin beynəlxalq nüfuzunu durmadan yüksəldir. Prezident İlham Əliyevin müdrik və məqsədyönlü siyasəti nəticəsində tamamilə iqtisadi müstəqilliyə sahib olması, balanslaşdırılmış xarici siyasət həyata keçirməsi, habelə qazandığı möhtəşəm Zəfərlə ədaləti bərpa etməsi ölkəmizə qlobal miqyasda müsbət imic qazandırıb. Eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə dərin hörmətlə yanaşan Azərbaycanın ikitərəfli münasibətlərdə də bütün məsələlər üzrə atdığı hər bir imzasına yüksək dəyər verməsi onu dünyada güvənli və sədaqətli tərəfdaş kimi tanıdır. Məhz bu siyasətin nəticəsidir ki, həm regional və beynəlxalq təşkilatlar, həm də dünya dövlətləri Azərbaycanla istənilən mövzuda əməkdaşlıqdan xeyli məmnundurlar. Qeyd edim ki, Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri də ərəb ölkələri ilə münasibətlər təşkil edir və bu dövlətlərlə xüsusilə son illərdə əlaqələr genişlənir. Xatırladım ki, 30 il davam etmiş Ermənistan işğalı dönəmində Ərəb ölkələri Azərbaycanın haqq işini davamlı olaraq müdafiə edib, bütün platformalarda ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini göstəriblər. Təbii ki, bu da həmin dövrdə bizim üçün ən əsas həssas məqamlardan biri idi”.

Busaat.az xəbər verir ki, bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Ərəb dünyasının əsas aparıcı və geniş imkanlara malik ölkələrindən olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycanla əlaqələrinə toxunan AHİK sədri bildirib ki, iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan bu yana əlaqələrimiz qarşılıqlı hörmət və səmimi dostluq zəminində inkişaf edib: “Xatırladım ki, 2006-cı ildə dövlətimizin başçısı cənab İlham Əliyevin BƏƏ-yə rəsmi səfəri, iqtisadi, ticari, texniki, həmçinin investisiya və hərbi əməkdaşlıq üzrə imzalanan sazişlər ikitərəfli münasibətlərdə dinamik inkişafa səbəb olub. Eləcə də Prezident İlham Əliyevin 2016-cı ildə bu ölkəyə növbəti səfəri zamanı dəniz nəqliyyatı və informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa dair imzalanan sənədlər əməkdaşlığın genişlənməsinə gətirib çıxarıb. Möhkəm təməllərə söykənən ikitərəfli əlaqələlər son illərdə xüsusilə energetika sahəsində daha da geniş vüsət alıb. Azərbaycanda yaradılan əlverişli investisiya mühiti BƏƏ şirkətlərinin də diqqətini çəkir. Belə ki, bu ölkənin “Masdar” şirkətinin ölkəmizdə mövcud olan siyasi sabitliyə güvənərək “yaşıl enerji” sektoruna yatırım etməsi dediklərimizin təsdiqidir”.

Milli Məclisin deputatı vurğulayıb ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın ölkəmizə reallaşan bu səfəri, aparılan müzakirələr və yeni sahələr üzrə imzalanan sənədlər mövcud münasibətləri gücləndirəcək və əlaqələrimizin genişlənməsinə daha böyük imkanlar açacaq.

Həmçinin qlobal problem olan iqlim dəyişikliyi ilə bağlı məsələlərə məsuliyyətlə yanaşan hər iki ölkənin bu sahədə birgə səylərinin müsbət nəticə verəcəyinə AHİK sədri əminliyini ifadə edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90