Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 402 $▲0.46%
  • Ethereum1 792 $▲1.36%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Əziz Mahmud Hüdayi Fondu zəlzələ bölgəsində yaraları sağaldır - FOTOLAR

image-167705345287902637263f5ce0c65957
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Əziz Mahmud Hüdayi Fondu zəlzələ qurbanlarının yaralarının sağalması üçün təbii fəlakətin baş verdiyi bölgədə işlərini davam etdirir.

Cebhe.info xəbər verir ki, Fonddan verilən məlumata görə, Kahramanmaraşda “əsrin fəlakəti” olaraq xarakterizə edilən iki böyük zəlzələdən sonra fəlakətdən zərər çəkənlərin ehtiyaclarını qarşılamaq üçün ilk gündən fəaliyyətə başlayıblar.

Hüdayi Fondu 650 min öyün yemək, 30 TIR su, 59 TIR ərzaq, 28 TIR müxtəlif məhsullar, 18 TIR kömür, 16 TIR adyal, 19 TIR geyim, 15 TIR gigiyenik məhsullar, 12 TIR odun, 12 TIR soba, 2 TIR xalça, 7 TIR un, 750 min ədəd çörək, 2000 yataq, 1750 elektrik qızdırıcısı, 1000 qaz balonu, 1000 qaz plitəsi, 500 yuxu tulumu, 12 mobil sanitar qovşağı, 70 bağlama dərman, 150 çadır, 23 konteyner və 18 su çəni zəlzələ bölgəsinə göndərib.

Digər tərəfdən, fond Kahramanmaraş, Hatay, Adıyaman və Malatya şəhərlərində yerləşən “aş evi” və könüllüləri ilə zəlzələ qurbanlarına xidmət göstərir.

Konteyner yaşayış məntəqələri tikiləcək

Zəlzələ bölgəsində ən mühüm ehtiyaclardan biri zəlzələdə evlərini itirənlər üçün yeni yaşayış məntəqələrinin tikilməsidir.

Əziz Mahmud Hüdayi Fondu AFAD ilə koordinasiyalı olaraq onlarla zəlzələ qurbanına sığınacaq verəcək konteyner məskunlaşma mərkəzləri inşa edir.

Layihə çərçivəsində inşa ediləcək 21 kvadratmetrlik konteynerlərdə 2 otaq, hamam-tualet, mətbəx və elektrik su qızdırıcısı olacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101503