Fatih Terim belə CƏZALANDIRILDI

Fatih Terim belə CƏZALANDIRILDIbackend

Türkiyə Super Liqasının XII turunda “Fatih Karagümrük”lə oyunda qırmızı vərəqə alan “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin cəzası müəyyənləşib.

Busaat.az- ın məlumatına görə, görüşün 69-cu dəqiqəsində texniki zonadan qovulan təcrübəli mütəxəssis 5 matçlıq diskvalifikasiya olunub.

Nizam-İntizam Komitəsi müxtəlif maddələri birləşdirərək, Terimin qarşıdakı 4 matçda texniki zonada yer almamasını qərara alıb. Çünki “cim-bom” artıq bir görüşü (“Göztəpə” – 3:1) onsuz keçirib. Həmçinin “sarı-qırmızılılar” çalışdırıcıya görə 45 min 500 lirə məbləğində cərimələnib.

“Qalatasaray” rəhbərliyi qərara dərhal etirazını bildirib. Terim ya onlayn, ya da üz-üzə görüşlə özünü müdafiə etmək istəyir.

Qeyd edək ki, Fatih Terim “Trabzonspor”, “Antalyaspor”, “Konyaspor” və “Gənclərbirliyi” ilə qarşılaşmalarda “Qalatasaray”a kömək edə bilməyəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90