
Federal Ticarət Komissiyası: Twitterdəki son hadisələri narahatlıqla izləyirik
ABŞ Twitterdəki son hadisələri dərin narahatlıqla izləyir.
Busaat.az xəbər verir ki, bu barədə ABŞ Federal Ticarət Komissiyası (FTC) bəyanat yayıb.
Bəyanatda yenidən işlənmiş qətnamələrlə uyğunluğu təmin etmək üçün yeni vasitələr təqdim edilib və FTC-ın onlardan istifadə etməyə hazır olduğu bildirilib.
“Biz Twitterdə baş verən son hadisələri dərin narahatlıqla izləyirik.Heç bir CEO və ya şirkət qanundan üstün deyil və şirkətlər bizim konsensus qərarlarımıza əməl etməlidir” –deyə, FTC sözçüsü bildirib.
Qeyd edək ki, Twitter-in İnformasiya Təhlükəsizliyi üzrə meneceri Lea Kissner də paylaşım edərək şirkətdən ayrıldığını açıqlayıb: “Twitterdən ayrılmaq üçün çətin qərar verdim. Böyük insanlarla işləmək imkanım oldu və məxfilik, təhlükəsizlik və İT komandaları və gördüyümüz işlə fəxr edirəm”.
ABŞ mətbuatında yer alan xəbərlərə görə Twitterin məxfilik meneceri Damien Kieran və uyğunluq meneceri Marianne Fogartynin də istefa verdiyi bildirilib.
Əlavə edək ki, şirkətin əvvəlki idarə heyətini dağıdaraq özünü yeganə menecer elan edən Mask Twitter işçilərinin yarısını işdən çıxarıb.
Busaat.az























