Fələstin Liviyaya 37 nəfərlik axtarış-xilasetmə qrupu göndərib

image-liviyabackend

Fələstin böyük seldən əziyyət çəkən Liviyaya 37 nəfərlik axtarış-xilasetmə qrupu göndərib.

Busaat.az xəbər verir ki, bu barədə Fələstin xarici işlər nazirinin müavini Əhməd ed-Dik məlumat yayıb.

Nazir müavini yardım karvanı yola düşməzdən əvvəl qrup üzvləri ilə görüşüb.

Mülki Müdafiə Birliyinin rəsmilərindən Avde Yunus bildirib ki, Fələstin prezidenti Mahmud Abbasın göstərişi ilə hazırlanan komanda əvvəlcə İordaniyaya, oradan da Liviyaya gedəcək.

Bu arada Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Liviyada sel fəlakətində həyatını itirən fələstinlilərin sayının 23-ə yüksəldiyi bildirilib.

Sentyabrın 10-da Mərkəzi Aralıq dənizində təsirli olan və Liviyanın şərqini vuran “Daniel” fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.

Liviya Milli Birlik Hökuməti sel fəlakətində 6 min insanın öldüyünü, minlərlə insanın itkin düşdüyünü açıqlayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki