Fələstin üçün vacib səfər: Mahmud Abbas tərəfdaş axtarışındadır

image-23backend

Fələstin prezidenti Mahmud Abbas Moskvaya səfər edib.

Busaat.az xəbər verir ki, osəfər çərçivəsində bu gün Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Müzakirələrin əsas mövzusunu ikitərəfli münasibətlər, eləcə də Qəzza sektorundakı vəziyyətin təşkil edəcəyi bildirilir.

Rusiyadan sonra avqustun 14-15-də Fələstin prezidenti Türkiyəyə səfər edəcək. Səfər çərçivəsində iki ölkə başçısının Qəzzada humanitar böhran və atəşkəs məsələsini, həmçinin regionda artan gərginlik, xüsusilə İran-İsrail gərginliyinin müzakirə olunacağı gözlənilir.

Hər iki görüşün mümkün gözləntiləri ilə bağlı Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov öz fikirlərini Busaat.az-la bölüşüb.

O bildirib ki, Mahmud Abbasın Rusiyaya və Türkiyəyə səfəri Fəlsətin üçün olduqca vacibdir:

“Fələstin prezidenti Mahmud Abbas tərəfdaş axtarışındadır. Faktiki olaraq, ərəb dünyası Fələstini tək qoyub. Ərəb dünyası sübut etdi ki, İsraillə mübarizədə dişli ola bilməz və Fələstinə gerçək dəstəyi digər qüvvələr göstərə bilər. Bu qüvvələrdə xüsusən İranın adını çəkmək olar. Məsələ ondadır ki, İran İsraillə münasibətləri əks mövqedə olan tərəf kimi başa düşür. Türkiyə və Rusiya isə həm İsrailə müəyyən mənada təzyiq göstərə bilərlər, həm də bəzi məsələlərlə bağlı alternativ variantlarını söyləyə bilərlər”.

Zaur Məmmədov: Ərəb dünyası sübut etdi ki, İsraillə mübarizədə dişli ola bilməz

Z.Məmmədov hesab edir ki, Rusiya və Türkiyənin bir sıra çağırışları var. Bu çağırışlara Fələstin ətrafında olan coğrafiyalarda real olaraq güc nisbətinin kimin tərəfində olması və hansı qüvvələrə təsir edən qrupların olması daxildir.

“Sözügedən bölgədə İraqın, Səudiyyə Ərəbistanının, ABŞ-nin, Misirin və bir sıra qüvvələrin siyasi qruplaşmaları var. Bu baxımdan Rusiyanın və Türkiyənin səylərinin Yaxın Şərq tərəfindən nəzərə alınması gözləniləndir. Bütün hallarda Mahmud Abbasın hər iki səfərinin real nəticələrə səbəb olacağı sual altındadır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki