FETÖ-yə qarşı mübarizəni “siyasi motivli addımlar” adlandırmaq yolverilməzdir – Türkiyə XİN

image-42332689_0_325_2001_1450_1920x0_80_0_0_01a2f5afc9aac2aea6dee329f58f696c-jpgbackend

Ankara Vaşinqtondan Fətullah Gülən və  tərəfdarlarının ABŞ-da fəaliyyətinin dayandırılması və qalması üçün ən qısa zamanda tədbirlər gözləyir.

Busaat.az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Tanju Bilgiç bildirib.

Onun sözlərinə görə, ABŞ Dövlət Departamentinin terrorla bağlı son hesabatında “Türkiyənin ölkənin təhlükəsizliyinə birbaşa təhdid yaradan terror təşkilatlarına  qarşı atdığı addımlar barədə məlumat qəsdən təhrif edilib”.

Bilgiç ABŞ-ı Türkiyə ilə həmrəylik nümayiş etdirməyə, həmçinin “terrorla mübarizədə prinsipial, ardıcıl, qətiyyətli və effektiv mövqe nümayiş etdirməyə” çağırıb.

Diplomatın fikrincə  ABŞ hələ də “bir terror təşkilatından digərinə qarşı mübarizədə istifadə edilməsinin yolverilməzliyini” dərk etmir.

“Mətbuatda yayılan xəbərlərə görə, hesabatda Türkiyənin Suriya və İraqda həyata keçirdiyi terrorla mübarizə əməliyyatlarının mülki vətəndaşların itkisinə səbəb olması ilə bağlı iddialara yer verilməsi xüsusilə qəribədir”, – deyə Bilgiç bildirib.

O, bildirib ki, 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilatçısı olan və ABŞ başda olmaqla bir çox ölkələrdə cinayət əməllərində iştirak edən Fətullah Gülən Təşkilatının (FETÖ)terror fəaliyyəti Türkiyə məhkəməsi tərəfindən sübuta yetirilib.

“Bu səbəbdən hesabatda Türkiyənin FETÖ funksionerlərinə qarşı mübarizəsini “siyasi motivli addımlar” adlandırmaq yolverilməzdir. Ankara Vaşinqtondan Gülən tərəfdarlarının ABŞ-dakı mövcudluğunu və fəaliyyətlərini ən qısa zamanda dayandırmaq üçün tədbirlər görəcəyini gözləyir”, – Bilgiç xatırladıb.

Şayiələrə əsaslanan və qərəzli media xəbərlərindən istifadə edilməsi ABŞ Dövlət Departamentinin hesabatının ciddiliyini şübhə altına alır.

Qeyd edək ki, Türkiyə  Fətullah Gülən təşkilatını 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə iştirakda ittiham edir.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki