Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.70 $▲1.05%
  • WTI neft84.93 $▼0.09%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.172 $▲2.75%
  • Qızıl3 788 $▼2.29%
  • Gümüş45.91 $▼3.32%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.75 ¢▲1.04%
  • Bitcoin64 388 $▼0.75%
  • Ethereum1 801 $▼1.22%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Dünya

Fətullah Gülən zəhərlənərək ölüb? - Yenilənib

image-fetullah-gulen
Fətullah Gülən
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin zəhərlənərək dünyasını dəyişdiyi iddia olunur.

Busaat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gülən çərşənbə günü gecə ABŞ-ın Pensilvaniya ştatında yaşadığı evdə zəhərlənib. Gülənin ətrafında olan daha bir nəfər də zəhərlənərək ölüb.

Villanın əməkdaşlarına isə media ilə təmasdan yayınmaq tapşırılıb. Bu, Gülənə qarşı sui-qəsd kimi dəyərləndirilir.

Amerika polisi və mediası bu məsələ ilə bağlı hələ ki, məlumat yaymayıb.

Anadolu Agentliyinin Vaşinqton Bürosunun rəhbəri Hakan Çopurun öz tvitter hesabında yaydığı məlumatda deyilir ki, Gülənin zəhərləndiyi, ölmüş ola biləcəyi, onu zəhərləyənin öldürüldüyü ilə bağlı iddialar yaxından izlənilir və araşdırılır.

Qeyd edək ki, Fətullah Gülən 2016-cı ilin iyulundan dövlət çevrilişinə cəhddə iştirak etməkdə ittiham olunur.

***

Fətullah Gülənin Pensilvaniyada yaratdığı “Qızıl Nəsil” (Golden Generation) təşkilatının rəhbərliyinə yaxın mənbə “TASS” agentliyinə verdiyi açıqlamasında Gülənin ölümü ilə bağlı xəbərləri təkzib edib.

“Bu məlumat həqiqətə uyğun deyil və yalandır”, – deyə mənbə qeyd edib.

Bununla belə, təşkilat Türkiyə mediasının yaydığı məlumatlarla bağlı “TASS”-ın sualına rəsmi cavab verməyib. Pensilvaniya polisi isə bu məsələ ilə bağlı şərh verə bilməyəcəklərini bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=63595