FHN əməkdaşı faciəvi şəkildə öldü

image-tebib_tecili_yardimbackend

Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Busaat.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb.

Belə ki, sürücü avtomobili arxaya sürərkən Şirvan şəhər sakini Həzrətquliyev Fərid Asif oğlunu yaxınlıqdakı divara sıxaraq öldürüb.

Həyatını itirən F.Həzrətquliyevin FHN-in Şirvan yanğından mühafizə hissəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90