Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 745 $▲0.99%
  • Ethereum1 817 $▲2.74%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Filippində daşqın və torpaq sürüşməsi nəticəsində 98 nəfər öldü

image-thumbs_b_c_a63b7624ba99204e914a0d6608a56bf0
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Filippində daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb.

Busaat.az xəbər verir ki, səlahiyyətlilər oktyabrın 27-dən bu yana 98 nəfərin daşqın və torpaq sürüşmələrində həyatını itirdiyini və tələfatların yarıdan çoxunun Maguindanao şəhərində baş verdiyini bildirib.

Nalgae tropik qasırğasının vurduğu ziyan Maguindanaoda ciddi həddə çatıb, şəhərdə daşqın və torpaq sürüşmələrində 53 nəfər ölüb.

80-100 nəfərin yerin altında qaldığı ehtimal edilən Maguindanaonun Kusionq kəndində axtarış-xilasetmə işləri davam edir.

Ordu və polisin iştirak etdiyi xilasetmə işlərinə könüllülər də dəstək verir. “Nalgae” qasırğası 2 milyona yaxın insana təsir edib və 975 mindən çox filippinli evlərini tərk etmək məcburiyyətində qalıb.

Manilanın Ninoy Aquino Beynəlxalq Hava Limanında (NAIA) pis hava şəraiti ilə əlaqədar 100-dən çox reys təxirə salınıb.

Filippin prezidenti Ferdinand Markos televiziya kanallarında yayımlanan çıxışında itkilərdən kədərləndiyini ifadə edərək, qeyd edib: “Daha yaxşısını etməliydik. Suyun həcminin bu qədər böyük olacağını təxmin etmədiyimiz üçün insanları xəbərdar edə bilmədik”.

Qeyd edək ki, hər il orta hesabla 20 fırtına və qasırğanın baş verdiyi Filippində 2013-cü ildə Haiyan Tayfunu səbəbiylə 6 mindən çox insan həyatını itirib və böyük dağıntı yaşanıb.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=89082