
Filippində “Doxuri” qasırğası nəticəsində ölənlərin sayı 25-ə çatıb
Filippində “Doxuri” tropik qasırğası nəticəsində ölənlərin sayı 25-ə çatıb, 20 nəfər itkin düşüb.
Busaat.az xəbər verir ki, GMA News məlumat yayıb.
Fırtına əsasən arxipelaqın ən böyük adasına – Luzona təsir edib. Orada tüğyan edən elementlər elektrik xətlərinə ziyan vurub, güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub.
Milli Fəlakətlərin Qarşısının Alınması və Cavab Şurası 260 mindən çox insanın evlərini tərk etdiyini, bəzilərinin təxliyə mərkəzlərində olduğunu bildirib. Təxminən 36 evə ziyan dəyib və ya dağılıb. Fırtına nəticəsində ölkədə 85 reys təxirə salınıb.
Busaat.az























