
Finlandiya əhalisinin əksəriyyəti İsveç olmadan NATO-ya üzv olmaq istəyir - SORĞU
Finlandiya əhalisinin yarıdan çoxu Skandinaviya ölkəsinin İsveçi gözləmədən NATO-ya qoşulması lazım olduğunu düşünür.
Busaat.az xəbər verir ki, Taloustutkimus yanvarın 30-dan fevralın 1-dək 18-79 yaşlı 1000 yetkin fin arasında sorğu keçirib.
Sorğunun nəticələrinə görə, finlərin 53%-i hesab edir ki, Finlandiyanın NATO-ya daxil olması İsveçin üzvlüyünün ratifikasiyasından asılı olmamalıdır: “Bu, ictimaiyyətin qərar qəbul edənlərə açıq-aydın siyasi siqnaldır ki, NATO məsələsi mümkün qədər tez həll olunmalıdır.Buna baxmayaraq, respondentlərin 28%-i Finlandiyanın İsveçlə birlikdə NATO-ya daxil olmasının vacibliyini düşünür, 19%-i isə suala cavab verməyib”.
Qeyd edək ki, müxtəlif yaş qruplarının məsələyə fərqli baxışları var. Yaşlı əhali Finlandiyanın İsveçi gözləməli olduğunu düşünür.
“Onların dünyagörüşünə görə, Şimali Avropa ölkələri arasında əməkdaşlıq daha vacibdir”, – qeyd edilib.
Busaat.az























