
Finlandiya hökuməti istefa verib
Finlandiyanın baş naziri Sanna Marin hökumətinin istefasını prezident Sauli Niinistoya təqdim edib.
Busaat.az xəbər verir ki, bu barədə Yle telekanalı məlumat yayıb.
Marin hökuməti partiyasının son parlament seçkilərində məğlubiyyətindən sonra istefaya verib. O, yeni hökumət formalaşana qədər müvəqqəti kabinet funksiyasını yerinə yetirəcək. Yeni hökumət seçkidə qalib gələn mühafizəkar Milli Koalisiya Partiyasının rəhbərliyi altında gələn həftə işinə başlayacaq.
Qeyd edək ki, Finlandiyada aprelin 2-də parlament seçkiləri keçirilib. Marinin Sosial Demokrat Partiyası 19,9% səs toplayaraq parlamentdə 43 yer qazanaraq üçüncü olub. Milli Koalisiya Partiyası 20,8% səs toplayaraq seçkilərdə qalib gəlib, Finlər Partiyası isə 20,1% səslə ikinci olub.
Busaat.az























