
Finlandiya Rusiya səfirliyinin 9 əməkdaşını ölkədən çıxaracaq
Finlandiya hökuməti Rusiya səfirliyində işləyən 9 nəfəri ölkədən çıxaracaq.
Busaat.az barədə Finlandiya hökumətinin ofisinə istinadən xəbər verir.
“Finlandiya Rusiya səfirliyində işləyən və kəşfiyyat funksiyalarını yerinə yetirən 9 nəfəri ölkədən çıxaracaq. Onların hərəkətləri Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasıdır”, – məlumatda bildirilir.
Hakimiyyət orqanları bu qərar barədə Rusiya səfirini məlumatlandıracaqlar.
Qeyd edək ki, qərar Finlandiya prezidenti ilə ölkə hökumətinin Xarici və Təhlükəsizlik Siyasəti Komitəsinin birgə iclası çərçivəsində qəbul edilib.
Busaat.az























