Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 394 $▲2.00%
  • Ethereum1 833 $▲3.67%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Finlandiya XİN: Türkiyənin narahatlığını aradan qaldıracağımıza ümid edirik

image-pekka-haavisto
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Ümid edirik ki, Türkiyənin terror mövzusunda narahatlığını aradan qaldıra bilərik”.

Busaat.az xəbər verir ki, bunu Finlandiya xarici işlər naziri Pekka Haavisto terror təşkilatı PKK-nın həm İsveçdə, həm də Finlandiyada qadağan edildiyini ifadə edərkən deyib.

Dünya İqtisadi Forumunda (WEF) mətbuata açıqlama verən Finlandiyanın xarici işlər naziri Pekka Haavisto NATO-ya üzvlük prosesində Türkiyə, Finlandiya və İsveç arasında işçi qrupunun yaradıldığını xatırladıb.

Beynəlxalq səfərlərin davam edəcəyinə diqqət çəkən Pekka Haavisto deyib:

“Dostum Mövlud Çavuşoğlu ilə danışıqlarımız davam edir. Söhbət Ukrayna və Əfqanıstandakı son hadisələrdən gedir. Biz NATO-ya qəbul məsələsini də müzakirə edirik. Birbaşa və yaxşı ünsiyyətimiz var. Bilirəm ki, siz hazırda ABŞ-dasınız. ABŞ və Türkiyə arasındakı razılaşma (F-16-lar məsələsi) nə olursa olsun, NATO-ya qəbul prosesimizə töhfə verə bilər”.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=97535