
Finlandiyadan Türkiyəyə ÇAĞIRIŞ: “Bizə inana bilərsiniz”
Finlandiyanın NATO-ya üzvlük prosesi müsbət səviyyədə irəliləyir.
Busaat.az xəbər verir ki, bunu Finlandiyanın Müdafiə naziri Antti Kaikkonen deyib.
Finland nazir Finlandiyanın NATO-ya üzvlük məsələsini müzakirə etmək üçün ABŞ-a səfər edib.
“Biz əvvəldən alyansın şərtlərinə uyğunidik. Bununla belə, hələ görüləcək işlər var. Bu işlər lazım olduğu kimi irəliləyir” – deyə, Kaikkonen qeyd edib.
“Mesaj aydındır: Birləşmiş Ştatlar Finlandiyanın NATO-ya üzv olmasını istəyir. Bu üvlük nə qədər tez olarsa, bir o qədər yaxşıdır. Bizim aramızda münasibətlər çox yaxşı səviyyədədir. Əməkdaşlıq inkişaf edir və intensivləşəcək” – deyə, Kaykkonen ABŞ-a səfəri ilə bağlı deyib.
“ABŞ Türkiyəni razı salmaq və prosesi sürətləndirmək üçün Finlandiya və İsveçə fon dəstəyi verə bilərmi?” sualını cavablandıran Kaykkönen söyləyib: “Anladığım qədərilə ABŞ da daxil olmaqla bəzi NATO ölkələrindən Türkiyəyə müraciətlər var. Mən dəqiq nə müzakirələr aparıldığını bilmirəm. Finlandiya mütləq üzərinə düşəni edəcək. Biz bunu Madriddə imzalanan əməkdaşlıq sənədinə uyğun olaraq edəcəyik. Türkiyə Finlandiyanın terrorla mübarizə əzminə mütləq arxalana bilər” – deyə, Türkiyəyə səslənib.
Busaat.az























