Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 092 $▼6.06%
  • Ethereum1 770 $▼8.17%
  • S&P 5007 562▼0.40%
15°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Finlandiyanın sabiq baş naziri Sanna Marin boşanır

image-706541d05d12e5466edc0f26eeba68dc
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Son illərdə Covid-19 qadağalarını pozaraq şənliklər keçirən Finlandiyanın sabiq baş naziri Sanna Marin 19 ildir birlikdə olduğu əri Markus Raykkönendən boşanır.

Busaat.az xəbər verir ki, 2020-ci ildə sadə bir mərasimlə evlənən və 5 yaşlı qızı olan Marin və Rəykkönenin boşanma prosesinə başladığı açıqlanıb.

Bu barədə 18 yaşında tanış olan və birlikdə olmağa başlayan Marin və Rəykkönen instaqramda açıqlama verib.

Cütlük qeyd edib: “Bu gün birlikdə boşanmaq üçün məhkəməyə müraciət etdik. Birlikdə keçirdiyimiz 19 il və sevimli qızımız üçün minnətdarıq. Biz hələ də ən yaxın dost və mehriban valideynlərik”.

Cütlük bu mövzuda başqa açıqlama verməyəcəklərini də açıqlayıblar.

Keçən illərdə, Covid-19 qadağalarını pozan və ziyafət videoları və fotoları mediaya sızdırılan Marinin görüntülərində onun keçən ilin avqustunda fin müğənni Olavi Uusivirta ilə rəqs etdiyi görünüb. Uusivirta o zaman verdiyi açıqlamasında Marin ilə münasibətdə olduğunu inkar edib və sadəcə dost olduqlarını söyləyib.

Görüntülərdə o da görünür ki, Marin və Uusivirta bir-birini qucaqlayaraq öpüşüblər. O zaman Finlandiya mətbuatında əksini tapan xəbərdə Marinin daha iki kişi ilə yaxından rəqs etdiyi bildirilirdi.

Busaat.az

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=109303