Fitch, ABŞ-nin Xarici Valyuta Emitentinin Uzunmüddətli Defolt Reytinqini (IDR) sabit proqnozla “AAA”dan “AA+” səviyyəsinə endirib.
Busaat.az xəbər verir ki, bu barədə Beynəlxalq reytinq agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, reytinq növbəti üç il ərzində gözlənilən maliyyə vəziyyətinin pisləşməsini, artan ümumi dövlət borc yükünü və “idarəetmənin “AA” və “AAA” reytinqli həmkarlarına nisbətən aşınmasını əks etdirmək üçün aşağı salınıb”.
Qərara səbəb olan digər amillər arasında Fitch tənəzzül təhlükəsini və FED-in faiz dərəcələrinin artımını göstərib.
Fitch heç vaxt ABŞ-nin reytinqini AAA-dan aşağı salmayıb. 2011-ci ildə oxşar qərar S&P tərəfindən də qəbul edilmişdi və o da ABŞ-nin reytinqini AA+ səviyyəsinə endirmişdi.
ABŞ-nin maliyyə naziri Janet Yellen bu addımla qəti şəkildə razılaşmadığını bildirib.
“Fitch Ratings-in qərarı ilə qətiyyən razı deyiləm. Fitch Ratings-in bu gün açıqladığı dəyişiklik özbaşınadır və köhnəlmiş məlumatlara əsaslanır”, – O, deyib.
Nazir qeyd edib ki, Amerika iqtisadiyyatı dünyanın ən böyük və ən dinamik iqtisadiyyatı olaraq qalır.
Busaat.az