
Floridada silahlı şəxs biri uşaq olmaqla 3 nəfəri öldürüb
Florida ştatının Orlando şəhərində baş verən atışmada 3 nəfər həlak olub.
Busaat.az xəbər verir ki, polis hücumu törədən silahlı şəxs Keith Melvin Mosesin nəzarətə alındığını açıqlayıb.
Hücum zamanı 20 yaşlarında olan qadın və onun 9 yaşlı qızı öldürülüb.
Hadisəni işıqlandırmaq üçün gələn iki jurnalistin də güllə hədəfi olduğu və onlardan birinin həyatını itirdiyi bildirilib.
“Ailələrə dərin hüznlə başsağlığı veririk. Bu, cəmiyyətimiz üçün kədərli bir gündür”, – deyə Florida Şerif Ofisi “Twitter” hesabında yazıb.
Qeyd edək ki, hücumun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil, hadisə ilə bağlı araşdırma aparılır.
Busaat.az























