Floridada təbii fəlakətlər nəticəsində 64 nəfər ölüb

image-flobackend
image-uzb_ads_desk

ABŞ-ın Florida ştatınında yaşanan Lan qasırğası tropik yağış fırtınasına çevrilib.

Busaat.az xəbər verir ki, əyalətdə yaşanan qasırğa nəticəsində 64 nəfər həyatını itirib.

ABŞ-ın cənub sahillərinə çatan Lan qasırğası Corciya, Şimali Karolina və Virciniya ştatlarına da təsir edən tropik yağış fırtınasına çevrilib.

Digər tərəfdən, Atlantik Okeanında güclənən külək 1-ci kateqoriya qasırğa olaraq Cənubi Karolina ştatına çatıb.

İndiyədək qasırğada köməksiz qalan yüzlərlə insan xilas edilsə də, axtarış-xilasetmə işləri davam edir.

Hündürlüyü 12 metrə çatan qasırğanın dalğaları Floridanın qərb sahillərində basqına çevrilib, evləri və iş yerlərini dağıdıb, böyük maddi ziyana səbəb olub.

Florida rəsmilərinə görə, fırtınadan sonra xilasedicilər dağıntılar üzərində işləyir və ölənlərin sayı arta bilər.

Ştat ərazisində daşqınların davam edəcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki