
Floridada təyyarə qəzası: 4 nəfər öldü
ABŞ-nin Florida ştatının Vinter-Heyven şəhərində iki təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Polk Dairəsinin Şerif Ofisi öz internet səhifəsində bildirib.
Məlumata görə, təyyarədə olanların hamısı həlak olub.
Qəza göldə baş verib, təyyarələrin qalıqları sudadır, lakin ölənlərin cəsədləri artıq çıxarılıb.
Ölənlərdən 3-nün şəxsiyyəti müəyyən edilib, sonuncunun kimliyi isə hələlik məlum deyil.
Busaat.az























