
Ford F-150 elektrikli pikap istehsalını bərpa edəcək
Ford Motor ABŞ-da məşhur F-150 pikapının elektrik versiyası olan Lightning modelinin istehsalını martın 13-də bərpa etməyi planlaşdırır. Beləliklə, buraxılış bir aylıq fasilədən sonra bərpa olunacaq.
Busaat.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Xatırladaq ki, fevralın 4-də bu avtomobilin akkumulyatoru doldurma zamanı alışıb və bu, istehsalın dayanmasına səbəb olub.
Ford avtomobilin alışmasına səbəb olan problemin təfərrüatlarını açıqlamır.
Ford üçün akkumulyatorlar Cənubi Koreyanın SK On Co. şirkəti tərəfindən ABŞ-ın Corciya ştatındakı zavodda istehsal olunur.
Busaat.az























