Foreign Policy: NATO-nun genişlənməsi Türkiyə tərəfindən bloklanır – ARAŞDIRMA

image-cc-nbackend

İsveç və Finlandiyanın NATO üzvlüyünü dəstəkləməyən Türkiyəni razı salmaq cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənir.

Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə etirazlarının davam etməsi ilə bağlı müzakirələr beynəlxalq mətbuatın gündəmini zəbt edir. ABŞ-ın önəmli nəşrlərindən olan “Foreign Policy” jurnalı ekspertlərlə söhbət edərək, Türkiyəni razı salma prosesini müzakirə edib.

Belə ki, İspaniyanın paytaxtı Madriddə keçirilən NATO-nun Liderlər Zirvə toplantısında Türkiyə Finlandiya və İsveçin terrorla mübarizədə əməkdaşlıq etmədiyini bəyan edərək, iki ölkənin NATO üzvlüyünü qəbul etməyib. Ancaq gələcəkdə müzakirələrin davam etdirilməsi və şərtlərin yerinə yetirilməsindən sonra bu məsələni aktual saxlamaq haqqında razılaşıblar və müqavilə imzalanıb. Lakin Türkiyə öhdəliklərin yerinə yetirilmədiyini səbəb gətirərək, hələ də bu iki ölkənin NATO üzvlüyünü qəbul etmir.

Türkiyəyə rəsmi səfər edən NATO-nun Baş katibi Yens Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. İsveçin Baş naziri Ulf Kristerssonun da gələn həftə Türkiyəyə gələcəyi gözlənilir.

TÜRKİYƏNİN İNAD GÖSTƏRMƏSİ SƏBRLƏRİ GƏRGİNLƏŞDİRİR

Müzakirələrin davam etdiyi bir vaxtda ABŞ-ın önəmli media orqanlarından biri olan Foreigh Policy-də Türkiyə ilə bağlı diqqətçəkən məqalə dərc olunub. “NATO-nun şimala doğru genişlənməsi Türkiyənin maneəsi ilə qarşılaşdı” başlıqlı xəbərdə İsveç və Finlandiyanın aylarla davam edən danışıqlardan sonra Türkiyəni razı salmaq üçün diplomatik manevrə keçdiyi bildirilib. Türkiyənin NATO-ya üzv 30 ölkə arasında alyansın genişlənməsinə etiraz edən yeganə ölkə olduğuna diqqət çəkilən məqalədə qeyd edilir ki, bağlı qapılar arxasında Türkiyənin inadkarlığı ABŞ və Avropa diplomatları arasında getdikcə səbrsizliklə qarşılanır.

Foreigh Policy-yə danışan Finlandiya Milli Koalisiya Partiyasının Xarici Siyasət müşaviri Henri Vanhanen Finlandiyanın yeni inkişaflara ümid etdiyini və ratifikasiya prosesinin ilin sonuna qədər başa çatdırılması üçün səylərin davam etdiyini bildirib. İsveç Xarici İşlər Nazirliyinin sözçüsü də jurnala bildirib ki, Türkiyənin terrorla mübarizədəki tələblərinə çox ciddi yanaşırlar.

ABŞ-da yerləşən Alman Marşal Fondunun Avropa təhlükəsizliyi üzrə eksperti Kristine Berzina bəyan edib ki, NATO-nun öz üzvünü belə mühüm məsələyə inandıra bilməməsi hərbi alyansın reputasiyası üçün əsas problemə çevrilib.

Məqalədə Türkiyənin NATO-nun genişlənməsi ilə bağlı qərarını 2023-cü ilin iyununda keçiriləcək seçkilərdən sonraya saxlaya biləcəyi vurğulanıb. Yazıda Türkiyənin etirazlarının terror təşkilatı PKK ilə, həmçinin Rusiyanın iqtisadi dəstəyini itirməməsi ilə bağlı olduğu qeyd edilib. Qərb ekspertlərinin fikrincə, Türkiyənin ayaqda qalmasında rus kapitalı mühüm rol oynayır.

Busaat.az/Həşim Səhrablı

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki