
Fransa atom elektrik stansiyalarının sayını iki dəfə artırmağa hazırlaşır
Fransada hökumət ev təsərrüfatlarını enerjiyə qənaət etməyə çağırıb və atom elektrik stansiyalarının sayını artırmağa başlayıb.
Busaat.az xəbər verir ki, Nazirlər Şurasına təqdim edilən və 3 nöqtədə 6 təzyiqli nüvə reaktorunun (EPR) tikintisini əhatə edən qanun layihəsinin 2023-cü ilin əvvəlində parlamentdə müzakirəyə çıxarılması gözlənilir.
Rusiya-Ukrayna müharibəsi səbəbiylə artan enerji qiymətləri ilə yanaşı, ölkədəki 56 reaktordan 24-nün təmir, yoxlamalar və tətillər səbəbilə bağlanması prezident Emmanuel Makronu nüvə enerjisini artırmağa sövq edib.
Fransanı elektrik enerjisinə olan xarici asılılıqdan xilas etmək məqsədi daşıyan yeni qanun layihəsi hökumət sözçüsü Olivier Veran tərəfindən iqlim dəyişikliyinə davamlı bir həll, enerji müstəqilliyi və alıcılıq qabiliyyəti, eləcə də elektrik enerjisindən asılılığa cavab kimi təqdim edilib.
Veran, yeni nüvə reaktorlarının inşası zamanı ətraf mühitə hörmət edəcəklərini və nüvə infrastrukturunun təhlükəsizliyi baxımından standartları aşağı salmayacaqlarını, eyni zamanda bu yeni nəsil reaktorların mövcud reaktorların ətrafında tikilmə ehtimalının olduğunu bildirib.
Qeyd edək ki, hökumət ictimaiyyətlə məsləhətləşmələrin zəruriliyinə baxmayaraq, yeni reaktorların 2035 və 2037-ci illərdə işə salınması üçün hazırlanan layihə mətnini 2023-cü ilin birinci rübündə parlamentə təqdim etməyi qarşısına məqsəd qoyub.
Busaat.az























