
Fransa Rusiyanı taxıl müqaviləsi qərarına yenidən baxmağa çağırıb
Rusiya taxıl müqaviləsi ilə bağlı qərarını yenidən nəzərdən keçirməlidir.
Busaat.az xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər naziri Ketrin Kolonna öz Twitter səhifəsində paylaşım edib.
Onun sözlərinə görə, sövdələşmədə iştirakdan imtina etməklə, Rusiya qlobal ərzaq böhranını daha da gücləndirir və bu qərarın ciddi nəticələri olacaq.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl Ukrayna hakimiyyətinin ərzaq məsələlərini şantaj kimi istifadə etdiyini qeyd edərək, taxıl müqaviləsindən birtərəfli çıxdıqlarını bildirib.
Bundan əvvəl isə, Rusiya tərəfi BMT-nin Baş katibinə Ukraynanın Sevastopol körfəzində Rusiyaya aid Qara dəniz donanmasının gəmilərinə hücum etdiyini və Rusiyanın bu səbəbdən taxıl müqaviləsində iştirakını dayandırdığı barədə rəsmi məlumat verib.
Busaat.az























