Fransa səfiri Daşaltı hadisəsi ilə bağlı paylaşım edib

image-zakaribackend

Fransanın Azərbaycandakı səfiri Zakari Qross dünən Şuşada mina partlayışı nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Busaat.az xəbər verir ki, fransalı səfir rəsmi tviter hesabındakı paylaşımında bildirib:

“Fikrim bu gün Daşaltıda mina partlaması nəticəsində həlak olan iki mülki şəxsin ailələrinin yanındadır”.

Qeyd edək ki, dekabrın 9-da səhər saat 9 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində iki mülki şəxs minaya düşüblər. Bərpa və quruculuq işləri ilə məşğul olan şirkətlərin əməkdaşları – İsmayıllı rayon sakini Vüsal Qəndiyev və Qobustan rayon sakini Orxan Xanatov xidməti işlərini yerinə yetirərkən erməni hərbi birləşmələri tərəfindən basdırılmış mina partlaması nəticəsində həlak olublar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90