
Fransa Ukraynaya yüngül tanklar göndərəcək
Fransa prezidenti Emmanuel Makron ölkəsinin Ukraynaya yüngül tanklar göndərəcəyini açıqlayıb.
Busaat.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə daim təmasda olduğunu qeyd edən Makron Fransanın Ukraynanı yüngül tanklarla təmin edəcəyini və hava hücumundan müdafiəni dəstəkləməyə davam edəcəyini vurğulayıb.
Makron Fransanın Ukraynaya neçə ədəd yüngül tank göndərəcəyini açıqlamayıb.
Busaat.az























