Fransa və İtaliya arasında yeni BÖHRAN

image-download-16backend

Fransa daxili işlər naziri Gerald Darmaninin İtaliyanın baş naziri Giorgia Meloninin immiqrasiya problemi ilə məşğul olmaq imkanının olmadığı barədə açıqlaması iki ölkə arasında böhrana səbəb olub.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, Fransa daxili işlər naziri Darmanin Fransa radiosu RMC-də verdiyi açıqlamada Tunisdəki siyasi böhran səbəbiylə rekord sayda qeyri-qanuni miqrantın Aralıq dənizi vasitəsilə İtaliyaya keçdiyini bildirib.

“Xanım Le Penin (Fransanın ifrat sağçı siyasətçisi Marine Le Pen – red.) İtaliyadakı dostları tərəfindən seçilən ifrat sağçı xanım Meloni və onun hökuməti, onlardan həll etmək istənilən immiqrasiya problemini həll etmək iqtidarında deyil”.

Darmanin bildirib ki, ölkəsinin cənubuna mühacir, xüsusilə azyaşlıların axını başlayıb.

Darmanin bildirib ki, Meloninin seçki vədlərinin əksinə olaraq ölkəyə immiqrant axını artıb.

Darmaninin bu sözləri İtaliyada böyük əks-səda doğurub. İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tacani “Twitter” hesabında paylaşım edib: “Fransa Xarici İşlər Naziri (Ketrin) Kolonna ilə gözlənilən görüşümüz üçün Parisə getməyəcəyəm. Nazir Darmaninin hökumətimizə və İtaliyaya qarşı dediyi sözlər qəbuledilməzdir. Bu, Avropanın ortaq problemlərini həll etmək üçün lazım olan ruh deyil”.

Bir çox sosial media istifadəçisi də Tacaninin mesajından sonra dəstək şərhləri paylaşıb.

İtaliya ilə Fransa arasında münasibətlər əvvəllər də İtaliyanın öz limanlarını mühacirləri xilas edən qeyri-hökumət təşkilatının gəmilərinə açmaması, xüsusən də qeyri-qanuni miqrasiya ilə bağlı gərginləşmişdi.

İtaliyada bir limana sığınmaq üçün həftələrlə təsdiq gözləyən Ocean Vikinq yeni seçilmiş Baş nazir Giorgia Meloninin başçılıq etdiyi sağçı koalisiya hökuməti tərəfindən rədd edilib, bundan sonra Fransa rəhbərliyi 2022-ci ilin noyabrında Nazirlər Şurasının qərarı ilə xüsusi status verməklə gəmini qəbul edəcəklərini elan edib.

Fransanın daxili işlər naziri Gerald Darmanin İtaliya hakimiyyətini humanist davranmamaqda günahlandıraraq, Parisin Romadan daha humanist davrandığını deyib.

Qeyd edək ki, Darmanin Fransanın miqrant paylama proqramı çərçivəsində İtaliyadan gələn 3500 immiqrantın qəbulunu dayandırdığını bildirərək digər AB ölkələrini İtaliya ilə həyata keçirdikləri köçürmə proqramını dayandırmağa çağırıb.

İtaliyanın xarici işlər naziri Tacani də Darmaninin açıqlamalarını qeyri-mütənasib olaraq qiymətləndirərək Fransaya reaksiya verib.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90