
Fransa xarici işlər naziri Ermənistana dəstəyini ifadə edib
Bakı səfərindən sonra İrəvana gələn Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə görüşdə Ermənistanın baş naziri Nikol Paşinyan ikitərəfli gündəliyi və regiondakı vəziyyəti müzakirə edib.
Busaat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüşü açan Paşinyan Cənubi Qafqazın problemlərinə göstərilən diqqətə görə Fransaya prezidentinə və hökumətinə təşəkkür edib.
Öz növbəsində Fransa XİN başçısı qeyd edib ki, Fransa Ermənistanın dostudur və onun yanındadır.
“Biz sizinləyik, ədalətli və sabit dünya axtarışında etdiyiniz islahatları, səyləri və işi dəstəkləyirik”, – Kolonna deyib.
Busaat.az























