
Fransa XİN Belarusa xəbərdarlıq edib
Fransanın xarici işlər naziri Ketrin Kolonna Rusiya ilə birgə hərbi birləşmə yaratmağa razılıq vermiş Belarusa xəbərdarlıq edib.
Busaat.az xəbər verir ki, bu barədə France Inter kanalına danışan Kolonna özü məlumat verib.
“Dünən Rusiya ilə ortaq hərbi ittifaq yaratmağa razılaşdığını açıqlayan Belarusa xəbərdarlıq etmək lazımdır ki, Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləməsi halında əlavə sanksiyalarla üzləşəcək” – deyə, fransız diplomat bildirib.
Kolonna qeyd edib ki, bu məsələ bu gün onlayn formatda keçiriləcək G7-nin fövqəladə iclasının gündəliyinə daxil ediləcək.
Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə birgə hərbi ittifaq yaratmağa razılaşdıqlarını və Belarus əsgərlərini Rusiya ordusu ilə birlikdə yerləşdirməyə hazır olduqlarını açıqlayıb.
Busaat.az























