
Fransada 11 yaşlı uşaq qonşusu tərəfindən öldürüldü
Fransanın Brittany bölgəsindəki Quimper şəhərinin şimalında yerləşən Sen-Herbot qəsəbəsində yaşayan ingilis ailəsi mübahisə etdiyi hollandiyalı qonşunun hücumuna məruz qalıb. Evinin bağçasında oynayan 11 yaşlı qız qonşusunun ov tüfəngindən atəş açması nəticəsində ölüb.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, şənbə günü bağçalarında manqal şənliyi edərkən baş verən hadisədə ingilis ailəsi qonşuları tərəfindən ov tüfəngi ilə atəşə tutulub. Həmin vaxt bacısı ilə yelləncəkdə yellənən 11 yaşlı Solaine Thornton güllələnərək öldürülüb. Torntonun valideynlərinin ağır yaralandığı, bacısının isə şokda olduğu bildirilib. 71 yaşlı Hollandiya vətəndaşı hadisədən sonra evinə qapanarkən həyat yoldaşı ilə birlikdə hadisə yerinə gələn polis tərəfindən həbs edilib.
Yerli sakinlər iki ailənin mülklərinə bitişik torpaq sahəsinə görə mübahisədə olduğunu bildirib.
Prokuror Carine Halley hadisənin təfərrüatlarının hələ dəqiqləşdirilmədiyini bildirərkən, İngiltərə Xarici İşlər, Birlik və İnkişaf Ofisindən verilən açıqlamada qeyd edilib: “Fransada silahlı münaqişədən sonra İngilis ailəsinə yardım göstəririk və yerli hakimiyyət orqanları ilə əlaqə saxlayırıq”.
Busaat.az























