Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 967 $▲1.34%
  • Ethereum1 820 $▲2.91%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Dünya

Fransada aksiyalar böyüyür: 18 AES-dən 12-də işçilər tətil elan edib

image-fransa
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Fransanın əsas enerji təminatçısı olan EDF qışda elektrik enerjisinin kəsilməsi ilə üzləşə bilər.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Fransanın Liberation qəzeti yayıb.

Belə ki, atom elektrik stansiyalarında iki həftədir davam edən tətillərə Ardennes şəhərindəki Chooz-B atom elektrik stansiyasının (AES) əməkdaşları da qoşulub. Beləcə ölkədəki 18 atom elektrik stansiyasından 12-də tətil davam edir.

Tətillər səbəbindən elektrik stansiyalarında enerji istehsalı çox aşağı səviyyəyə düşüb. Bu da reaktorların texniki xidmətini gecikdirir.

Elektrik stansiyalarına cavabdeh olan EDF ilə həmkarlar ittifaqı arasında maaşların artırılması ilə bağlı aparılan danışıqlar hələlik heç bir nəticə verməyib.

Bundan başqa, ölkədəki su elektrik stansiyasının işçiləri də tətilə çıxıblar.

Fransa Enerji Tənzimləmə Komissiyasının (CRE) prezidenti Emmanuelle Varqon EDF-dən istehsalı dayandırmış və ya təmirdə olan reaktorların ən qısa zamanda istifadəyə verilməsini xahiş edib.

Varqon qeyd edib ki, bütün bu problemlərin həll yolu tapılmasa, qışda elektrik enerjisi ilə bağlı ciddi problemlərlə üzləşəcəklər.

Digər tərəfdən, İşçilərin Ümumi Həmkarlar İttifaqının (CGT) bütün peşəkar qruplara çağırışı ilə ölkədəki 3 su elektrik stansiyasının işçiləri də tətilə çıxıblar.

Eyni zamanda, təkrar emal mərkəzi, istilik şəbəkəsində və enerji sektorunda fəaliyyət göstərən şirkətlərdə çalışan işçilər həmkarlar ittifaqlarının dəstəyi ilə maaşlarının artırılmasını tələb edirlər.

Bu sektorların da tətil etmək riskinin olduğu bildirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88169