
Fransada atom elektrik stansiyasında çat aşkarlandı
Fransada Penly 1 Atom Elektrik Stansiyasında çat aşkar edildikdən sonra bir çox reaktorun fəaliyyəti dayandırılıb.
Busaat.az xəbər verir ki, bunu Fransanın enerji təminatçısı EDF açıqlayıb.
Bildirilir ki, çatlağın aşkarlanmasından sonra bir çox nüvə stansiyasındakı reaktorların fəaliyyəti dayandırılıb.
Çatlamanın 2021-ci ildə bir çox reaktorda aşkar edilən korroziya ilə əlaqəli olduğu düşünülür.
Fransa Nüvə Təhlükəsizliyi Təşkilatının (ASN) direktoru Julien Collet fəaliyyətlərin dayandırılmasının aylarla davam etməyəcəyini açıqlayıb.
Qeyd edək ki, fevralın 13-də Lion şəhərini elektrik enerjisi ilə təmin edən ölkənin ən qədim atom elektrik stansiyasında radioaktiv sızma aşkar edilib.
Busaat.az























